İşarə əlavə edin
Məkan işarəsi əlavə etmək üçün:
1. Yuxarı sağ menyu panelində İşarə yerləşdir alətini seçin.
2. İşarə kitabxanası görünəcək. Kitabxanadan işarə seçin və üzərinə klikləyin.
3. Ox formasında olan siçan göstəricisi seçilmiş işarəyə çevriləcək. Yuxarı solda ağ rəngli döndərmə alətlər qutusu görünəcək.
Məkan işarəsinin dönmə bucağını təyin etmək üçün:
1. siçanı döndərmə qutusunun üzərinə aparın
2. qara dairəni klikləyib boz dairənin ətrafında ehtiyacınıza uyğun sürükləyin
4. Məkan işarəsinin istiqaməti təyin edildikdən sonra göstəricini xəritədə nəzərdə tutulan məkana aparın və işarəni yerləşdirmək üçün bir dəfə klikləyin. Dialoq pəncərəsi görünəcək.
5. Sahələrə məlumat daxil edin və ya onları boş saxlayın. Tamamladıqdan sonra Yadda saxla düyməsini klikləyin.
Məkan işarəsinin köçürülməsi
Məkan işarəsini köçürmək üçün:
1. Yuxarı sol menyu panelindən Obyektləri redaktə et alətini seçin.
2. İşarəni klikləyib nəzərdə tutulan məkana sürükləyin.
Məkan işarəsinin silinməsi
Məkan işarəsini silmək üçün:
1. Yuxarı menyu panelindən Pozan alətini seçin.
2. Silmək üçün məkan işarəsinin üzərinə bir dəfə klikləyin.







